• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çində iqtisadi artım son 5 ilin ən aşağı səviyyəsinə düşdü

Çində iqtisadi artım son 5 ilin ən aşağı səviyyəsinə düşdü

Dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çin ilin üçüncü rübündə son beş ilin ən aşağı böyümə nisbətini reallaşdırıb.

Publika.az xəbər verir ki, ölkədə ümumi daxili məhsul 2014-cü ilin iyul-sentyabr ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artıb. Halbuki Pekin hökuməti bu il üçün hədəflərini 7.5 faiz olaraq açıqlamışdı.

Məşğulluqda artıma prioritet verən ölkə rəhbərliyi bu ilin ilk 8 ayında 10 milyon yeni iş yeri yaradılacağını bildirmişdi. Bu da özünü doğrultmadı. İqtisadi böyümənin iki pilləli rəqəmlərə çatdığı Çin son 15 ildə ilk dəfə hədəfinə çatmamaq riskiylə qarşı-qarşıyadır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR