• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gələn ilin büdcəsi bölgələrdən 900 milyona yaxın vəsait gözləyir

Gələn ilin büdcəsi bölgələrdən 900 milyona yaxın vəsait gözləyir

2015-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 834,5 milyon manat proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu da 2014-cü illə müqayisədə 52,1 milyon manat çoxdur. Həmçinin 2015-c iilin döblət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 49,5 faiz təşkil edəcək. Bu da cari illə müqayisədə 2,4 faiz bənd azdır.

Növbəti ilin büdcəsinin yerli xərcləri 1654,0 milyon manat məbləğində proqnozlaşdırılır. Yerli xərclərin 970.5 milyon manatı (58,7 faizi) təhsil xərclərinə, 223,4 milyon manatı (13 faizi) səhiyyə xərclərinə, 239 milyon manatı mənzil, kommunal təsərrüfatı xərclərinə yönəldiləcək.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR