• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Qazprom” Avropa Birliyinin təklifini rədd etdi

“Qazprom” Avropa Birliyinin təklifini rədd etdi

“Qazprom” rəhbəri Aleksey Miller Avropa İttifaqının (Aİ) Moskva ilə Kiyev arasında qaz sövdələşməsində borcun qaytarılması üçün qarşılıqlı ödənişdən istifadə etmək və Avropa şirkətlərindən birinin vasitəçilik etmək təklifini rədd edib.

Publika.az “Caspian Barel”ə istinadən bildirir ki, eyni zamanda, o, “qış planı” üzrə Ukraynaya qaz satışına dair sazişin oktyabrın sonunadək imzalana biləcəyini bildirib. Miller Rusiya televiziyasına deyib: “Ukraynaya qaz təchizatının maliyyələşdirilməsi mənbəyi müəyyən edilərsə, qış planı gələn həftə imzalana bilər”.

Ötən gün Brüsseldə keçirilən və Aİ energetika komissarı Günter Ettingerin də iştirak etdiyi qaz danışıqlarında Moskva və Kiyev payız-qış mövsümü üçün Ukraynaya Rusiyadan qaz təchizatına dair razılığa gələ bilməyiblər. Danışıqların yekununda Ettinger oktyabrın 29-a təyin olunmuş növbəti görüşdə sövdələşmənin imzalana biləcəyinə ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, Aİ hesab edir ki, Kiyevin Moskvaya qaza görə borcu Rusiyanın Avropaya qazı Ukrayna ərazisindən ötürdüyünə görə ödəyəcəyi tranzit tarifləri hesabına qarşılıqlı surətdə ödənilə bilərdi.

Lakin “Qazprom” başçısı Aİ komissarının Ukrayna ilə qaz haqq-hesabında Moskvaya qarşılıqlı ödəniş mexanizmindən istifadə etmək təklifini rədd edib.

Aleksey Millerin təbirincə, Aİ-nın təklif etdiyi variant Kiyevin Moskvaya borcunu Rusiyanın Ukraynaya tranzit tarifi qismində verəcəyi pul hesabına ödəmək deməkdir. Miller bu təklifi “Qazprom” tərəfindən Ukraynaya borcun ödənməsi üçün kreditin verilməsi kimi qiymətləndirib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR