• USD 1,7220 +0,11% EUR 1,8623 -0,37%
    • GBP 2,1371 -1,16% RUB 0,0302 -0,33%

Neft emalı azalıb

Neft emalı azalıb

2014-cü ilin yanvar-sentyabrında Azərbaycanın neft emalı zavodlarının (Azərneftyağ və H.Əliyev adına zavod) istehsal həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% – 1 mlrd. 962,7 mln. manata qədər azalıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə avtomobil benzini istehsalı 13,3% – 911,7 min tona qədər, kerosin istehsalı 1% – 525,1 min tona qədər, dizel yanacağı istehsalı 6,7% – 1 mln. 746,5 min tona qədər, neft bitumu istehsalı 19,4% – 189,2 min tona qədər azalıb.

Yanvar-sentyabrda birbaşa qovulan benzin istehsalında 44,5% – 144,8 min tona qədər, sürtkü yağı istehsalında isə 17,4% – 40,5 min tona qədər artım olub.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR