• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şahin Mustafayev BVF-nun Azərbaycan üzrə missiyası ilə görüşüb

Şahin Mustafayev BVF-nun Azərbaycan üzrə missiyası ilə görüşüb

Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri barədə məlumat verib, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, qeyri-neft sektorundakı dinamik artımı, ölkənin iqtisadi inkişafında özəl bölmənin rolunun artdığını diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan iri infrastruktur layihələrinin, bu günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirib. Hazırda ölkənin xarici borcunun ÜDM-yə nisbəti 8%-dir.

2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini, bu sahədə müvafiq Tədbirlər Planının həyata keçirildiyini qeyd edən Ş.Mustafayev hazırda sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində işlərin görüldüyünü, dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksi və müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradıldığını bildirib.

Qeyd edilib ki, nəzərdə tutulan dövlət dəstəyi tədbirləri (müvafiq infrastrukturun yaradılması, vergi güzəştləri və s.) özəl bölmənin, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına hesablanıb.

Görüşdə missiya üzvləri tərəfindən diversifikasiya, dövlət xərcləri, inflyasiyanın hədəflənməsinə dair BVF-nin gələcəkdə aparacağı təhlillər barədə təqdimatlar keçirilib.

Görüşdə, həmçinin missiya üzvlərinin sualları cavablandırılıb, iqtisadi inkişafın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR