Amerika və İran 35 ildən sonra ilk dəfə ticarət edəcək
Bizi izləyin

Ekopublika.az

Amerika və İran 35 ildən sonra ilk dəfə ticarət edəcək

ABŞ-ın təyyarə şirkəti “Boeing” 35 il fasilədən sonra İrana ilk dəfə təyyarə hissəsi satıb.

Publika.az xəbər verir ki, 1979-cu ildəki böhrandan sonra diplomatik münasibətləri kəsmiş iki dövlət nüvə müzakirələrində əldə edilən müvəqqəti razılaşma çərçivəsində ilk ticari əlaqə quracaq.

İrana təyyarə satışına icazəsi olmayan “Boeing” “İran Air”ə yalnız onun hissələrini satacaq.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenevrədə əldə edilən razılaşmayla İrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsi qərara alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm