ARDNŞ Samuxda kəşfiyyat quyusu qazır
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Samuxda kəşfiyyat quyusu qazır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Eldaroyuğu” sahəsində kəşfiyyat quyusunun qazılmasına başlayıb.

Şirkətdən Publika.az-a verilən məlumata görə, sahədəki 1 nömrəli struktur-axtarış quyusu Kompleks Qazma İşləri Tresti tərəfindən Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinə qazılır. Qazma işlərinin aparılmasında məqsəd sahənin geoloji quruluşunun, Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinin litoloji və kollektorluq xüsusiyyətlərinin, eləcə də neft-qazlılığını öyrənməkdir. Layihə dərinliyi 1000 metr olan quyunun gələn ilin yanvar ayında təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sahə Kür və Qabırrı çaylararası neftli-qazlı zonasının şərq hissəsində, respublikanın Samux rayonu ərazisində yerləşir. Sahənin məhsuldarlıq ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat quyularının qazılmasına, geofiziki kəşfiyyat işlərinin aparılmasına zərurət yaranıb. Hazırda “Eldaroyuğu” sahəsində 2D seysmik kəşfiyyat və qravimaqnitometrik işlər yekunlaşmış, alınmış materialların emalına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm