Lənkəranda biznes qurmaq istəyənlərə treninq keçirilib
Bizi izləyin

Ekopublika.az

Lənkəranda biznes qurmaq istəyənlərə treninq keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə Lənkəranda treninq keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Marketinq" mövzularında keçirilən treninqdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən, o cümlədən innovativ sahibkarlığın stimullaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, gənclərin məşğulluğunun təmin olunması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılıb və layihə çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda biznes inkubator yaradılıb. Hazırda biznes-inkubatorda 20 gənc sahibkar kimi hazırlanır.

Treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları, marketinq, satışın təşkili, reklam fəaliyyəti və s. barədə məlumat verilib.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib, www.icazeler.gov.az, və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm