Azərbaycanda vergi amnistiyası elan keçiriləcək
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda vergi amnistiyası elan keçiriləcək

Azərbaycanda vergi amnistiyası elan keçiriləcək

Vergilər Naziri Fazil Məmmədov bildirib ki, Azərbaycan ümumi vergi bəyannamələrinin tətbiqinə hazırlaşır.

Bunun ilə bağlı İqtisadçı – Ekspert Samir Əliyevin münasibətini öyrəndik. “Maliyyə amnistiyası neçə illərdir Azərbaycan ictimaiyyətində bu fikir səslənir, müzakirə olunur. Reallıq var ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. Çünki, Azərbaycan keçid dövrünü keçib və bu dövrdə böyük həcmdə kapital toplanıb.

Bu dövrdə, böyük həcmdə kapital toplanıb. Müxtəlif yollarla, istər vergidən yayınmağa, istər kölgə iqtisadiyyatından hər bir halda əldə edilən vəsaitdən qeyri qanuni (vergidən yayınma) yoldan əldə edilir. Bu gün, bu vəsaitlər ya tərpənməz (ölü kapital), da daşınmaz əmlaka verilir və yaxud kölgə iqtisadiyyatında bu vəsait dövr edir.

Hər bir halda bunların üçü də, arzu olunmaz haldır. Ona görə ki, pul varsa, onun mütləq iqtisadiyyatda inkişafı çox vacibdir. Dünya Bankı hesablamalarına görə Azərbaycanda Ümumi Daxil Məhsul (ÜDM) təxminən 60% həcmindədir. Təsəvvür edin ki, 50 milyarddan çoxdur. Yəni 56 – 57 milyarddır.

Onun 60% -i təxminən 30 – 35 milyarda yaxın pul edir. Deməli, 30 – 35 milyarda yaxın vəsait qeyri qanuni yolla dövr edir. Bu ölkə iqtisadiyyatı üçün böyük bir təhlükədir. Həmin vəsaiti leqallaşdırmaq çox vacibdir”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm