Banklarda nə qədər adamın pulu qorunur?
Bizi izləyin

Ekopublika.az

Banklarda nə qədər adamın pulu qorunur?

Cari ilin doqquz ayında əmanətlər üzrə orta faiz dərəcəsi 8 faiz təşkil edib. Banklarda yerləşdirilən cəmi əmanətlərin həcmi isə 6992797,9 min manat olub.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata əsasən, əmanətlərin 4447021,3 min manatı milli valyutada yerləşdirilib. Manatla əmanətlər üzrə faiz dərəcəsi xarici valyuta ilə yerləşdirilən əmanətlərin faiz dərəcəsindən aşağı olub. Belə ki, faizlər müvafiq olaraq 7,5-8,8 faiz arasında dəyişib.

Ən çox əmanət qoyluşu Bakı şəhərində olub. Ev təsərrüfatları tərəfindən banklara qoyulan əmanətlərin həcmi artıb. Ümumiyyətlə, əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz çoxalıb.

Onu da qeyd edək ki, fiziki şəxslərin cəmi əmanətlərinin 45,2%-ni qorunmayan əmanətlər, 54,8%-ni isə qorunan əmanətlər təşkil edib. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm