2015-ci ildə əməkhaqqı artımı olacaq? - Açıqlama
Bizi izləyin

Ekopublika.az

2015-ci ildə əməkhaqqı artımı olacaq? - Açıqlama

2015-ci ilin büdcə layihəsi parlamentin müzakirəsinə artıq təqdim edilib.

Maliyyə Nazirliyinin hazırladığı layihədə bir sıra xərc maddələri, o cümlədən sosialyönlü xərclər diqqət çəkir. Belə ki, sosialyönlü xərclərin büdcədə xüsusi çəkisi 27,6 faiz olmaqla, cari illə müqayisədə 1,1 faiz bənd artıb. Konkret olaraq bu məqsədlə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da cari ilin proqnozundan 489,2 milyon manat çoxdur. Ümumiyyətlə büdcəyə nəzər yetirdikdə bəlli olur ki, 2011-ci ildən bu tərəfə sosialyönlü xərclərin artım tempində azalma başlayıb. 2013-cü ildə hətta bu rəqəm 3,3 faiz təşkil edib. Növbəti il üçün də sosialyönlü xərclərin artım tempinin azalması əməkhaqqı artımlarının yüksək rəqəmlə ifadə olunmayacağına dair fikirlər yaradıb.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında sosialyönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əmək haqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınması yönəldilməsi nəzərdə tutulduğunu bildirdi: “Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əmək haqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat yüksəkdir.Ümumilikdə, ölkədə əhalinin sosial problemlərinin həlli, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb.

2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.b Göründüyü kimi az da olsa artım var. Artım vəsaitlərin böyük hissəsi əməyin ödənilməsi, pensiyanın verilməsinə sərf olunacaq. Bu, onu deməyə əsas verir ki, gələn il əməkhaqları və pensiyalarda artım olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm