Banklar hansı sahəyə az kredit verir?
Bizi izləyin

Ekopublika.az

Banklar hansı sahəyə az kredit verir?

İlin əvvəlindən banklar ev təsərrüfatlarına 7102,9 milyon manat kredit veriblər.

Ev təsərrüfatlarına verilən kreditlərin həcmi 9 milyard manat artıb. Bu kreditlər ümumi kredit qoyuluşunun 41 faizini təşkil edib.

Publika.az xəbər verir ki, o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) 1052,7 6 miyon manat kredit verilib. Bunun da ümumi kredit portfelində payı 6,1 faizə bərabər olub. Ticarət və xidmət sektoruna yönəldilən kreditlər həcminə görə, ev təsərrüfatlarına verilən kreditlərdən sonra 14 faizlə ikinci sırada olub. Növbəti yerləri inşaat və əmlak (13,6 faiz), sənaye və istehsal (11,7 faiz) sektorları tutub. Banklar ən az kredit energetika, kimya və təbii ehtiyatlar, eləcə də kənd təsərrüfatı və emal sektorlarına verib. Maliyyə sektoruna kredit qoyuluşu 251,0 milyon manat olub. Bu da ilin əvvəli ilə müqayisədə azalma deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm