Neftin qiyməti daşınmaz əmlak bazarında mənzilləri ucuzlaşdıracaq – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti daşınmaz əmlak bazarında mənzilləri ucuzlaşdıracaq – Açıqlama

Son illərin müşahidəsi göstərir ki, neftin satış qiyməti ilə daşınmaz əmlakın satış qiymətləri arasında gizli bir asılılıq var.

Dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verib. Hətta baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı hələ aşağı səviyyədə idi və yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini 2 dəfəyə yaxın endirdi.

Son 20 ildə daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barrel/kv.m ətrafında olub. Bu illər ərzində ən yüksək göstərici 1998-ci ilin əvvəlində 41,4 barrel/kv.m, ən aşağı hədd isə 1995-ci ildə 8,8 barrel/kv.m olub. Aparılan müşahidələr onu göstərir ki, neft birjalarında qiymətlərin davamlı dəyişməsi 5-7 ay gecikmə ilə daşınmaz əmlakın qiymətlərində özünü əks etdirir. Hazırda nəzərə alsaq ki, birjalarda neftin qiyməti son dörd ilin ən aşağı səviyyəsinə düşüb, bunun daşınmaz əmıak bazarındakı qiymətlərə hansı şəkildə təsir göstərəcəyi sual doğurur.

"MBA Consulting Group"un rəhbəri Nüsrət İbrahimli Publika.az-a açıqlamasında bildirdi ki, neft bazarında qiymətlər yüksəldikdə bu, 7-8 ay gecikmə ilə daşınmaz əmlak bazarına təsir göstərir. Yəni qiymətlər yüksəlir. Neftin qiyməti ucuzlaşdıqda isə eyni müddətdə gecikmə ilə bazarda bu, öz təsirini büruzə verir.

Ekspertin sözlərində görə, bazarlar arasındakı bu əlaqə özünü daha çox neft hasil edən ölkələrdə göstərir: “Bunun da iki səbəbi var. Daşınmaz əmlak bazarı pul sevən sektordur. Neftdən gələn pulların bir hissəsi dolayı yolla bu bazara axır. Nəticədə bazarda qiymətlərin qalxması baş verir. Digər səbəb də odur ki, neftin qiyməti artanda ölkədə bir sıra investisiya layihələri həyata keçirilir. Bu pulların da bir hissəsi daşınmaz əmlak bazarında qiymət təzyiqini artırır. Neftin qiyməti düşdükdə əks proses baş verir”.

N.İbrahimov hazırda təkrar əmlak bazarında mənzillərin kvadratmetrinin orta qiyməti 2088 dollar, ilkin bazarda 1296 dollardır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm