BP-nin TANAP-a qatılması üçün son hüquqi proseduralar aparılır
Bizi izləyin

Ekopublika.az

BP-nin TANAP-a qatılması üçün son hüquqi proseduralar aparılır

“BP” şirkəti 2015-ci ildən TANAP-ın tam hüquqlu iştirakçısı olacaq.

Publika.az-ın məlumatına görə bu barədə ARDNŞ-ın investisiyalar şöbəsinin rəhbəri Vaqif Əliyev bildirib. O qeyd edib ki, hazırda layihə iştirakçıları 70 faiz payla Dövlət Neft Şirkəti, 30 faiz payla Türkiyənin “Botas” şirkətidir. Hazırda BP-nin layihə iştirakçısına çevrilməsi üçün hüquqi prosedurlar gedir.

2014-cü ilin sonuna layihədə iştirakçıların payı bu şəkildə olacaq: ARDNŞ 58 faiz, "BP" 12 faiz, “Botaş” 30 faiz. Türkiyəyə ilk qaz təchizatı 2018, Avropaya isə 2019-cu ildə reallaşacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm