İran da neft hasilatını artırdı
Bizi izləyin

Ekopublika.az

İran da neft hasilatını artırdı

İran tezliklə gündəlik neft hasilatını 4,3 milyon barel artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İranın neft naziri Mansur Moazzami danışıb. OPEK-in hesablamalarına əsasən, İranın heft hasilatı sentyabrda 2,675 milyon barel təşkil edib. Bununla belə, İran neft emalı zavodlarının istehsal gücünü gündəlik 1,8 milyon bareldən 3 milyon barelə qaldırmaq istəyir. İran ekspertlərin hesablamalarına görə, ölkənin təsdiqlənmiş neft ehtiyatları 60 ilə yetəcək qədərdir.

İran neftin qeyri-stabil qiymətini nəzərə alaraq, müxtəlif senariləri gözdən keçirir. Hazırda siyasi və iqtisadi amillər qlobal neft bazarında qiymətlərin azalmasına təsir edir. İranlı nazir bildirib ki, onlar ölkəni neftin qiymətinin həm 5 dollar, həm də 140 dollar olduğu dövrdə idarə ediblər. Qiymət dəyişməsi ilə bağlı heç bir problem yoxdur. Növbəti il ​​üçün büdcə hazırlanarkən hökumət neftin barelini 90-100 dollar intervalında götürməyib. Problemdən qaçmaq üçün daha real qiymət təyin edilib. Çünki İran büdcəsi heç vaxt defisitlə üzləşməyib”.

Onu da bildirək ki, İran şirkətləri də neftin qiymətini 2015-ci il üzrə 70 dollardan proqnozlaşdırır: “Büdcədə də neftin qiyməti məhz bu həddən götürüləcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm