Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib.

1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) fəal üzvü kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz bu il üçüncü dəfə Şuraya namizədliyini irəli sürüb.

Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Səlahiyyətli konfransında ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən səlahiyyətli konfrans və İnzibati Şura tərəfindən idarə olunur. Səlahiyyətli Konfrans Birliyin ali orqanıdır. Konfrans BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur. Bu il Səlahiyyətli Konfrans Cənubi Koreyanın Busan şəhərində keçirilib.

Oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan, C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstanla rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.


Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin də dəstəyi xüsusi qeyd edilməlidir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində qarşılıqlı səsvermə yolu ilə şuraya üzvlük seçki yolu ilə təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm