Azərbaycan vergi ödənişini əhali üçün normaya çevirmək niyyətindədir
Bizi izləyin

Ekopublika.az

Azərbaycan vergi ödənişini əhali üçün normaya çevirmək niyyətindədir

Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir.

Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji tədqiqatlar İdarəsinin rəisi Natiq Şirinov cümə günü "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ölkənin vergi sisteminin inkişaf vəzifələrindən biridir. İnkişaf vəzifələri "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında yer alıb.

N.Şirinov bildirib ki, konsepsiya vergi sistemi üçün aşağıdakı missiyaları müəyyənləşdirir: beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasının başa çatması, innovativ iqtisadiyyatın inkişafını təmin edən və iqtisadiyyatın qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin aparılması, vergi ödəyiciləri ilə tərəfdaşlıq prinsiplərinin yaradılması, əhalinin vergi odəmə vərdişlərini normaya çevirmək.

İdarə rəisinin sözlərinə görə, nazirlik bunun üçün 2013-2020-ci illərdə vergi sisteminin inkişafı üzrə strateji plan və 2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyasını təsdiq edib.

O, həmçinin son 10 ildə Azərbaycanın vergi sahəsində qazanılan uğurlardan danışıb: "Bu dövr ərzində vergi daxilolmaları 6,6 dəfə, qeyri-neft sektorundan daxilolmalar 6,1 dəfə, qeyri-dövlət sektorunda daxilolmalar 9,3 dəfə, regional gəlirlər 127 dəfə, vergi ödəyicilərinin sayı isə 6,1 dəfə artıb". /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm