Ekopublika.az
Neft 50-60 dollar olmayacaq – Proqnoz
Beynəlxalq Enerji Agentliyinin ekspertləri xam neftin qiymətinin uzun müddət 50-60 dollar səviyyəsinə enməsinin gözlənilmədiyini açıqlayıblar.
Onlar bunun üçün Çindəki iqtisadi zəifləmənin davam etməyəcəyini, ABŞ-da neft istehsalında yaşanan artımın da ehtiyatların məhdud olması səbəbindən tukənəcəyini əsas gətirirlər.
Publika.az agentliyin ekspertlərinə istinadən xəbər verir ki, neftin qiymətlərinin 86 dollar olmasında 2-3 amil rol oynayır. Birinicisi, Avropa iqtisadiyyatının son dərəcə zəif olması və Çindəki iqtisadi artımın zəifləməsidir. Bütün bunlar dünyada neftə tələbi azaldıb. Lakin bu, keçicidir. Avropanın daim belə zəif iqtisadiyyata sahib olacağı gözlənilən deyil”.
Mütəxəssislər deyir ki, neftin qiymətindəki azalmanın digər əhəmiyyətli səbəbi ABŞ və Liviyada ciddi istehsal artımlarıdır: “ABŞ-dakı neft istehsalındakı artımının davamlı olması qeyri-mümkündür. Çünki ehtiyatlar məhduddur. Bu iki səbəbi bir yerə qoyduğumuz zaman neft qiymətinin, bəzilərinin dediyi kimi, 50-60 dollar səviyyəsinə düşəcəyi gözlənilmir”.
Ekspertlər onu da bildiriblər ki, Avropa və Çin iqtisadiyyatları özlərinə gəldikdən sonra tələb yenidən artacaq: “2015-ci il üçün proqnozlaşdırdığımız dünya neft istehlakı tələbi 2014-cü ildən daha yüksəkdir. Rusiya ilə Ukrayna arasındakı təbii qaz mövzusunda müzakirələrə gəlincə, bu, müsbət sonuclanacaq. Bu nəticə həm avropalı istehlakçılar, həm də Ukrayna üçün son dərəcə əhəmiyyətlidir. Amma eyni zamanda Rusiya üçün də əhəmiyyətlidir. O baxımdan, bu müzakirələrin müsbət nəticələnməsi hər kəsin marağındadır”.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!