“Cənub Axını” layihəsi tarixin arxivinə getdi?
Bizi izləyin

Ekopublika.az

“Cənub Axını” layihəsi tarixin arxivinə getdi?

Avropa İttifaqının 28 ölkəsinin dövlət və hökumət başçıları “Cənubi Qaz Dəhlizi” və “Şimal-Cənub Qaz Dəhlizi” çəkilişi layihələrini Birliyin enerji təhlükəsizliyinin təmin edilməsi üçün prioritet layihələr qismində təsdiq edib.

Publika.az xəbər verir ki, bu, Aİ-nin Brüsseldə cümə günü başa çatmış ikigünlük sammitinin yekun bəyanatında qeyd olunub. Avropa Şurasının “Cənubi Qaz Dəhlizi” və “Şimal-Cənub Qaz Dəhlizi”nin çəkilişi, Cənubi Avropada yeni qaznəqletmə şəbəkəsinin, həmçinin tədarükçülərin və enerji resursları marşrutlarının şaxələndirilməsi və bazarın fəaliyyətinin təmin edilməsi məqsədi ilə Finlandiya və Baltika ölkələlərinin enerji təhlükəsizliyinin artırılması üzrə əsas infrastruktur layihələrinin yaradılması kimi projelərin həyata keçirilməsinin qaz sahəsində ümumi mənafe üçün həlledici əhəmiyyətə malik olduğu ilə razılaşdığı bildirilib.

Onu da qeyd edək ki, bu bəyanat Rusiya Federasiyasının prezidenti Vladimir Putin rus qazının Avropaya göndərilməsi üçün “Cənub Axını” qaz kəmərinin çəkilişini başa çatdırmaq və Avropa ilə ticarət aparmaq niyyətində olduğunu bildirdikdən sonra qəbul edilib.

Lakin Aİ-nin energetika üzrə komissarı Günter Ettinger “Cənub axını”nın prioritet layihə olmadığını qeyd edib: “Cənub axını” tamamilə məqbuldur, amma bu gün üçün prioritet təskil etmir”.

Xatırladaq ki, bir müddət əvvəl Aİ Kremlin Bolqarıstan, Rumıniya və Serbiya vasitəsilə hər vəchlə həyata kecirmək istədiyi bu layihəni dondurmusdu. “Cənub Axını” Ukraynadan yan keçərək qazın Avropaya çatdırılmasını nəzərdə tutur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm