Şəhərin hansı zonasında torpaq bahalaşır?
Bizi izləyin

Ekopublika.az

Şəhərin hansı zonasında torpaq bahalaşır?

“Torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, 1 sot torpağın orta qiyməti -1,8% azalaraq, 18.488 dollar/sot səviyyəsindən 18.820 dollar/sot səviyyəsində qərarlaşıb”.

Bu barədə Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunsa da, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonlarında qiymət azalması baş verib. Ümumilikdə qiymət artması daha çox mərkəzdən kənar rayonlarda, o cümlədən Abşeron və Sabunçu rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Abşeron rayonları, ən passiv rayon isə Nəsimi və Səbail rayonlarıdır. Alqı-satqı əqdlərinin böyük hissəsinin IV zonada baş tutduğundan, bu zonada qiymətlərin artım tempi daha çox müşahidə edilib. Digər üç zonada isə qiymətlər nisbətən azalıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm