Neft 2015-ci ildə də ucuz olacaq
Bizi izləyin

Ekopublika.az

Neft 2015-ci ildə də ucuz olacaq

“Goldman Sachs” bankının ekspertləri neft qiymətlərindəki enişin davam edərək, 2015-ci ildə 80 dollara düşəcəyini açıqlayıblar.

Publika.az xəbər verir ki, “Goldman Sachs”ın hazırladığı "Yeni Neft Nizamı" hesabatında bildirilir ki, 2015-ci ilin ikinci rübündə “Brent” tipli neftin bareli 80 dollara, Qərb Teksas tipli neft 70 dollara düşəcək.

Hesabata görə, 2015-in ilk rübündə hər iki növ neftin qiyməti bugünkü səviyyədə olacaq.

“Goldman Sachs” bildirir ki, 2015-ci ildə neftin qiymətində gözlənilən azalma neft istehsalının artması, qlobal neft tələbinin dəyişməməsi, ABŞ-ın qaya neftinin istehsal xərcinin azalması ilə bağlı olacaq. Hesabatda qiymətlərdəki enişdən sonra Səudiyyə Ərəbistanının istehsalı məhdudlaşdırmasının gözlənildiyi də deyilir. Digər OPEK ölkələrinin də bu prosesdə Səudiyyə Ərəbistanını izləyəcəyi irəli sürülür.

“Goldman Sachs” Səudiyyə Ərəbistanının oktyabr və noyabr aylarında Asiya ölkələrinə neft ixrac edərkən qiymətləri salacağını da vurğulayır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm