BP-nin xalis mənfəəti 3 dəfəyə qədər azalıb
Bizi izləyin

Ekopublika.az

BP-nin xalis mənfəəti 3 dəfəyə qədər azalıb

BP Plc-in xalis mənfəəti ötən illə müqayisədə 2,74 dəfə azalaraq 8,19 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, şirkətin bir adi səhmə düşən mənfəəti 44.14 sent olub. Mənfəətin əhəmiyyətli dərəcədə azalmasına səbəb TNK-BP şirkətində BP-nin payının satılmasından əldə etdiyi 12.5 milyard dollar dəyərində gəlir olub. Şirkətin 9 ayda gəliri 6% azalaraq 283,582 milyard dollar təşkil edib.

BP-nin rüblük gəliri 3.5% azalaraq 94,767 milyard dollar olub. 30 sentyabr tarixinə şirkətin təmiz borcu 22.4 milyard dollar olub.

Hesabat dövründə şirkət gündə 2.147 milyon barel neft ekvivalentində neft hasil edib ki, bu da keçənilki göstəricidən 2.7% azdır.

Dördüncü rübdə şirkəti çətin hava şəraiti və Alyaskada Hilcorp neft yatağının satılması səbəbilə hasilatın azalması gözləyir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm