Bu il "Şahdəniz-2" layihəsinə 4,5 milyard dollar xərclənib
Bizi izləyin

Ekopublika.az

Bu il "Şahdəniz-2" layihəsinə 4,5 milyard dollar xərclənib

Bu il "Şahdəniz-2" layihəsi çərçivəsində 4,5 milyard dollar xərclənib və bu vəsaitin böyük hissəsi Azərbaycandakı müqavilələrin payına düşür.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell məlumat verib.

Ümulikdə isə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi çərçivəsində indiyədək ümumi dəyəri 9,6 milyard dollar olan müqavilələr bağlanıb.

""Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ildə başlamaq planlaşdırılır. Bunun üzərində işləyirik. Tikinti işləri 5 il ərzində həyata keçiriləcək və biz bu işləri vaxtında və uğurla başa çatdıracağıq", - Qordon Birrell əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm