• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Artıq heç kim pulunu ofşor zonada gizlədə bilməyəcək

Artıq heç kim pulunu ofşor zonada gizlədə bilməyəcək

Vergi qaçaqçılığına qarşı mübarizəyə başlayan 80 ölkə Almaniyanın paytaxtı Berlində banklararası informasiya mübadiləsi razılaşmasına imza atıblar.

Publika.az xəbər verir ki, 2017-ci ildən etibarən qüvvəyə minəcək razılaşmaya əsasən, hər ölkə özünün vergi odəyicilərinin xaricdəki maliyyə durumu haqqında məlumat əldə edə biləcək.

Almaniyanın Maliyyə Nazirliyindən bildirilir ki, gələcəkdə bir çox ölkə bu məlumat mübadiləsi proqramına qatıla bilər: “Gəlin birlikdə hərəkət edək. XXI əsrdəki dünyamızda şəffaflıq və ədalət üçün mübarizədə ortaq şəkildə iştirak edək".

Razılaşmaya imza atan tərəflər arasında Avropa Birliyi üzvlərinin arasında “vergi cənnəti” kimi tanınan Kayman və Virgin adaları da var.

Təxminlərə görə, “vergi cənnətləri” 6 trilyon avroya sahibdir. Bu nəhəng miqdar dünyadakı vergi təşkilatlarının hər il cəmi 130 milyard avro az vergi toplamasına səbəb olur.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR