• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ruslar təkcə oktyabrda rubla 25 milyard dollar xərcləyiblər

Ruslar təkcə oktyabrda rubla 25 milyard dollar xərcləyiblər

Rubl dollar və avro qarşısında zəifləməkdə davam edir.

Artıq valyuta səbətində rus valyutasının məzənnəsi limiti keçib. “Bank Rusiya” bazara növbəti müdaxiləyə hazırlaşır.

Publika.az xəbər verir ki, təkcə oktyabr ayı üzrə “Bank Rusiya” rublun məzənnəsini qorumaq üçün 25 milyard dollar xərcləyib.

“Bank Rusiya”nın heasabatlarına əsasən, ayın əvvəlindən bu həftənin bazar ertəsinə qədər intervensiyanın məbləği 21,04 milyard dollar olub. Bank həftənin ikinci günündə 4 milyard dollar intervensiya reallaşdırıb. Çərşənbə günü isə rubla daha 1 milyard dollar xərcləyib.

Bu arada ötən həftəyə olan məlumata əsasən, Rusiyanın beynəlxalq ehtiyatları oktyabr ayında 3,6 milyard dollar azalaraq 458,3 milyar dollardan 454,7 milyarda dollara düşüb. ”Fitch” ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə, ehtiyatlar ilin sonuna 450 milyarda, 2015-ci ilin sonuna isə 400 milyard dollara düşə bilər.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR