Ukrayna ilə Rusiya razılığa gəldilər
Bizi izləyin

Ekopublika.az

Ukrayna ilə Rusiya razılığa gəldilər

İki gündür davam edən müzakirələrdən sonra Ukrayna və Rusiya qışda mavi qazın təhcizatı ilə bağlı razılığa gəliblər.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə enerji naziri Aleksandr Novak açıqlama verib. O qeyd edib ki, qazın 1000 kubmetri Ukraynaya 385 dollardan satılacaq.

Nəzərə çatdıraq ki, Avropa Komissiyası 350-380 dollar arası qiymət təklif edirdi.

O ki qaldı Ukraynanın qaza görə borcuna, bu məbləğ təxminən 5 milyard dollardır. Novakın sözlərinə görə, ilin sonuna qədər borcun 3,1 milyard dolları ödənəcək. 1,450 milyard dollar isə yaxın günlərdə - noyabr ayı üçün tədarükdən əvvəl qaytarılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm