Azərbaycanlının şirkətinə 1 milyard dollar vermədilər
Bizi izləyin

Ekopublika.az

Azərbaycanlının şirkətinə 1 milyard dollar vermədilər

Rusiyanın neft şirkəti “Lukoyl”un təxminən 1 milyard dollar xarici borc almaq cəhdi uğursuzluqla nəticələnib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər agentliyinə məlumatlı mənbə bildirib.

Rus şirkətinə verilən mənfi cavabın sanksiyalarla əlaqədar olduğu deyilir. Ancaq agentlik mənbənin adını açıqlamayaıb. Qeyd olunur ki, həmçin şəxslərin rəsmi informasiyanı açıqlamaq hüququ yoxdur.

Daha əvvəl “Röyters” xəbər vermişdi I, neft şirkəti dollar bazarından kredit cəlb etməyi planlaşdırır. Bu sanksiyaların qəbulundan sonra Rusiya şirkətinin xaricdən kredit almaq üçün ilk cəhdi idi. Oktyabrın əvvəlində banklardan birindəki mənbə bildirmişdi ki, kredit sazişi ilə bağlı müzakirələr ilkin mərhələdədir.

Qeyd edək ki, “Lukoyl” şirkətinin rəhbəri əslən azərbaycanlı Vahid Ələkbərovdur."Lukoyl"a qarşı Qərb maliyyə deyil, yalnız texnologiya sanksiyası tətbiq etsə də, xarici kapital bazarı bu şirkətin də üzünə bağlanıb.

V.Ələkbərovun özü isə bildirib ki, ABŞ və Avropa Birliyinin texnoloji sanksiyaları "Lukoyl"a az təsir edəcək. Belə ki, məhdudlaşdırmalar "Lukoyl"un Xəzərin dayaz hissəsindəki 150 metrdən artıq olan layihələrinə toxunmayacaq. Bununla belə, neft şirkətinin başçısı xəbərdarlıq edib ki, rusiyalı neftçilər xarici istiqraz və Qərb texnologiyalarının olmamasına artıq uyğunlaşmalıdırlar. V.Ələkbərov Rusiyanın neft sektoru üçün ən ağrılı yer kimi Amerikanın plastın hidroparçalama texnologiyasından istifadə edilə bilməyəcəyni qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm