Rusiya benzinin qiymətini qaldırmağa hazırlaşır
Bizi izləyin

Ekopublika.az

Rusiya benzinin qiymətini qaldırmağa hazırlaşır

Rusiyada benzinin qiyməti 15 faiz bahalaşa bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hökumət 2105-ci ildə 5-ci sinif yanacaq (benzin, dizel, Avro-5) üzrə aksiz vergisini hər litr üçün 1 rubl bahalaşdıra bilər. Aksizin artırılması pərakəndə benzinin 14-15% bahalaşmasına gətirib çıxara bilər.

Qeyd edək ki, 2014-cü ilin 10 ayı ərzində Rusiyada avtomobil benzini istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 2% azalaraq 31.4 milyon ton təşkil edib.Təkcə oktyabrda benzinin istehsalı 9,2% azalaraq 2.947 milyon ton olub. 10 ayda dizel yanacağı istehsalı 7.6% artaraq 63.9 milyon ton, oktyabrda isə 7% artaraq 6.151 milyon ton olub.

Mazut istehsalı yanvar-oktyabrda 4.8% artaraq 66.3 milyon ton, oktyabrda isə 6.7% artaraq 6.595 milyon ton təşkil edib.

Aviasiya yanacağı istehsalı 10 ayda 7.3% artaraq 9.299 milyon ton, hesabat ayında isə 7.3% artaraq 880.3 min ton olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm