• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Neftin ucuzlaşmasından Azərbaycan nə qədər itirir? – Açıqlama

Neftin ucuzlaşmasından Azərbaycan nə qədər itirir? – Açıqlama

Neftin qiymətinin ucuzlaşması istehsalçı ölkələrə zərər vurmaqdadır. Hazırda bu sırada daha çox Rusiyanın adı önə çəkilir. Lakin Rusiya ilə bərabər Səudiyyə Ərəbistanı, İran, Venesuella, o cümlədən Azərbaycan qiymət düşməsindən itkilər yaşayır.

İqtisadçı-ekspert Qubad İbadoğlu Publika.az-a açıqlamasında neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycanın gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirdiyini bildirir: “Son 3 ay ərzində brent markalı xam neftin hər barelinin dünya bazar qiymeti 24 faiz və ya 83 dollaradək ucuzlaşıb. Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir. Digər hesablamalara görə, Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR