"Şahdəniz 2"-ni avtomatlaşdıracaq baş podratçı seçildi
Bizi izləyin

Ekopublika.az

"Şahdəniz 2"-ni avtomatlaşdıracaq baş podratçı seçildi

"Emerson Process Management" şirkəti Xəzərin Azərbaycan sektorunda "Şahdəniz 2" layihəsinin avtomatlaşdırılması üzrə baş podratçı oldu. Bu barədə Trend çərşənbə günü "Wall Street Journal"a istinadən məlumat verir.

40 milyon dollar dəyərində olan müvafiq müqavilə BP (layihənin operatoru) və ABŞ-ın "Emerson Process Management" şirkətləri arasında imzalanıb.

"Emerson Process Management" şirkəti müqavilə çərçivəsində iki yeni dəniz platformasında və Səngəçal terminalında yeni qaz emalı zavodunda qaz hasilatının təhlükəsiz və səmərəli idarə edilməsini təmin etmək üçün inteqrasiya edilmiş nəzarət sistemlərini təqdim edəcək.

Məlumata görə, "Emerson Process Management"in avtomatlaşdırma üzrə baş podratçı seçilməsi BP-yə layihənin reallaşdırılmasını sadələşdirməyə kömək edəcək: "Emerson" sistem mühəndisliyini, montajı, tənzimləməni və Bakıda "Emerson Azerbaijan" yerli servis mərkəzi vasitəsilə sınaqdan keçirməni təmin edəcək".

Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir. "Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsində qaz hasilatının 2018-ci ildə başlaması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm