Rusiya Mərkəzi Bankı 2015-ci ildən valyuta dəhlizindən imtina edəcək
Bizi izləyin

Ekopublika.az

Rusiya Mərkəzi Bankı 2015-ci ildən valyuta dəhlizindən imtina edəcək

Rusiya rublun məzənnəsinin saxlanmasına 27,2 milyard dollar və 1,6 milyard avro həcmində intervensiya həyata keçirib.

Publika.az xəbər verir ki, Rusiya öz valyutasına belə dəstəyi sonuncu dəfə 2008-ci ildə reallaşdırıb. Noyabrın 5-dən sonra isə intervensiyanın həcminin gündəlik 350 milyon dolları ötməməsinə qərar verib. Halbuki əvvəllər bu rəqəm 10 dəfə də arta bilərdi. Bu arada Rusiya Mərkəzi Bankı 2015-ci ildən valyuta dəhlizindən imtina etməyi düşünür. Hazırda valyuta səbətinin 55 faizi dolların, 45 faizi dolların payına düşür.

Noyabr ayı başlayandan rubl istər dollar, istərsə də avro qarşısında sürətlə dəyərsizləşir. Moskva birjasında avro 56 rubla, dollar 45 rubla yüksəlib. Rublun məzənnəsi Mərkəzi Bankın stavkanı qaldırmasına rəğmən, yenə də düşür. Kommersiya Bankları üçün uçot stavkası 8-9 faiz arasında dəyişir.

Oktyabrda rubl nə qədər dəyərsizləşib?

Oktyabrın 3-də dollar 39,95 rubla, avro 50 rubla yüksəlməklə rublun məzənnəsində sürətli eniş başladı. Brent tipli neft isə 95 dollara ucuzlaşdı. Artıq noyabrın 5-də avro 56 rubla, dollar 45 rubla bərabər olub. Brent tipli neft isə 82 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm