Rusiyada defolt olacaqmı? - Şərh
Bizi izləyin

Ekopublika.az

Rusiyada defolt olacaqmı? - Şərh

Moskva birjasında dolların kursu 1,13 rubl qalxaraq 48 rubla, avronun kursu isə 59,47 rubla yüksəlib.

Bir gün əvvəl bu rəqəm müvafiq olaraq 46,8 rubl və 58 rubl təşkil edirdi.

Statistikaya əsasən, ilin əvvəlindən indiyə qədər Rusiyada dollar 40 faiz bahalaşıb. Rublun hər keçən gün dəyərsizləşməsi Rusiyanını defolta getməsi ilə bağlı fikirlərin yaranmasına gətirib çıxarıb.

Publika.az-ın bu yöndə sualına cavab verən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Rusiya Mərkəzi Bankı hələ proseslərə ciddi müdaxilə etmir: “Çünki indiki halda o, dolların təyziqi qarşısında davam gətirə bilməz. Ona görə çalışır ehtiyatlarını qorusun. Rublun məzənnəsinə təkcə oktyabrda 27 milyard dollar xərclənib.

Amma yenə də nəticə yoxdur. Ona görə, hələlik, o, rubl ucuzlaşmasına imkan verir. Ümid edirlər ki, proses dayanacaq. Bir sözlə, Rusiyanın Mərkəzi Bankı rublun ucuzlaşmasına ciddi müqavimət göstərmir”.

S.Əliyev Rusiya iqtisadiyyatında defoltun gözlənilmədiyini qeyd edir: “Hər şey sonrakı proseslərdən asılı olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm