Ekopublika.az
İxracın həcmi azalıb
Bu ilin əvvəlindən ölkənin rezidentləri dünyanın 141 ölkəsinin
hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata
keçirib.
Publika.Az xəbər verir ki, 107 ölkəyə əmtəə ixrac olunub. 128
ölkədən idxal reallaşdırılıb. Xarici ticarət əlaqələri
iştirakçılarının 43-ü Avropa, 31-i Amerika, 42-si Asiya ölkələri və
digərləri olub.
Təkcə doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi
statistik məlumatlara əsasən 31,0 milyard ABŞ dolları, o cümlədən
ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar
təşkil edib. Nəticədə 17,8 milyard dollarlıq müsbət saldo
yaranıb.
İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,2 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 130,9 dollara bərabər olub.
İqtisadiyyat şöbəsi
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?