Tikintidə də qiymətlər bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Tikintidə də qiymətlər bahalaşdı

Bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,4 faiz, yol və körpü tikintisində isə 0,8 faiz bahalaşma müşahidə edilib.

Publika.az xəbər verir ki, cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşıb. İstehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7 faiz ucuzlaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2 faiz bahalaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb. Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb. Körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz ucuzlaşıb.


İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm