Azərbaycanda abonentlərin 250 mini SMART tipli sayğacla təmin olunub
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda abonentlərin 250 mini SMART tipli sayğacla təmin olunub

Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların

Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3 min meqavoltamper, 110, 220, 330 və 500 kilovoltluq xətlərin ümumi uzunluğu təxminən 1500 kilometr artacaqdır.

Publika.az xəbər verir ki, bu barədə Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında demişdir.

Qeyd olunmuşdur ki, respublikamızda ilk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli SMART sayğacların tətbiqinə başlanmışdı. Bu layihənin həyata keçirilməsi nəticəsində itkilərin kəskin şəkildə azalması, elektrik enerjisi ödənişlərinin artması, abonentlərə xidmətin keyfiyyətinin yüksəlməsi kimi müsbət nəticələr əldə edilmişdir.

Bundan sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu işlər davam etdirilməkdədir.

Hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunmuşdur. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini SMART tiplidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm