Əhali 17 milyard manatlıq alver edib
Bizi izləyin

Ekopublika.az

Əhali 17 milyard manatlıq alver edib

Yanvar-oktyabr aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 milyard manatlıq mal satılıb.

Publika.az xəbər verir ki, bu rəqəm 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox olub. Satılmış istehlak mallarının 50 faizini qeyri-ərzaq malları təşkil edib. Xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz bəndi artıb.

Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6 faizini hüquqi şəxslərin, 8,4 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm