Biz nə qədər itirmişik? – Şərh
Bizi izləyin

Ekopublika.az

Biz nə qədər itirmişik? – Şərh

“Dünyanın əmtəə və maliyyə bazarlarında gedən proseslər Azərbaycanın da strateji ehtiyatlarına zərbə vurur”.

Bunu Publika.az-a açıqlamasında Samir Əliyev bildirib. O qeyd edib ki, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb. Azalma beynəlxaq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb: “Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi $17,783 milyardan $17,443 milyarda düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə $233,19 milyondan $238,29 milyona düşüb.

Güman ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsiri göstərəcək”.

İqtisadçı onu da qeyd edib ki, Rusiyanın beynəlxalq ehtiyatları da “əriməkdə” davam edir. Ehtiyatlar 1 həftə ərzində (24-31 oktyabr) 10,5 milyard dollar azalıb. Bununla da ehtiyatın həcmi 428,6 milyard dollara düşüb. Ehtiyatlar son dəfə 2009-cu ilin oktyabrında bu həddə olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm