Kənd təsərrüfatı məhsulları istehsal 7,5 faiz çoxalıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsulları istehsal 7,5 faiz çoxalıb

Azərbaycanın aqrar rayonlarından sayılan Balakəndə maldarlıq və bitçikilik məhsullarının istehsalı ilbəil artmaqdadır.

Azərbaycanın aqrar rayonlarından sayılan Balakəndə maldarlıq və bitçikilik məhsullarının istehsalı ilbəil artmaqdadır.

Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinə bildiriblər ki, ötən ildə Balakəndə 57,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

Bu 2012-ci illə müqayisədə 7,5 faiz çoxdur. İstehsal olunmuş məhsulun 55,8 faizi bitkiçilik, 44,2 faizi isə heyvandarlıq məhsullarının payına düşür. Rayon üzrə ümumi məhsul buraxılışında kənd təsərrüfatı məhsulları istehsalının xüsusi çəkisi 31,7 faiz təşkil edir.

Rayon icra hakimiyyətindən o da bildirilir ki, 2013-cü ildə rayonda yazlıq və payızlıq bitkilərin əkin sahələri əvvəlki ilə nisbətən 6,1 faiz artırılaraq 11 min 751 hektara çatdırılıb. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm