Xam neft və təbii qaz hasilatı 10 faiz ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Xam neft və təbii qaz hasilatı 10 faiz ucuzlaşıb

Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 10 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 1,7 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 10 faiz, metal filizlərinin hasilatı üzrə 4,5 faiz ucuzlaşıb. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,2 faiz bahalaşma müşahidə olunub.

Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 7,2 faiz, neft məhsullarının istehsalı üzrə 2,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kimya sənayesi üzrə 0,7 faiz, tütün məhsullarının və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,3 faiz, qida məhsullarının və geyim istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb. Avtomobil və qoşquların istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, icki istehsalı üzrə 0,3 faiz, mebel istehsalı üzrə 0,2 faiz, toxuculuq sənayesi üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm