Tikinti işlərinin qiyməti qalxıb
Bizi izləyin

Ekopublika.az

Tikinti işlərinin qiyməti qalxıb

Tikinti işlərinin qiyməti qalxıb

Tikinti işlərinin qiyməti qalxıb Ötən ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7 faiz bahalaşıb. Publika.Az xəbər verir ki, rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilib.

Cari ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 1,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,9 faiz bahalaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,6 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,5 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 1,2 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb. Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 1,1 faiz qalxıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm