Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatını çökdürür
Bizi izləyin

Ekopublika.az

Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatını çökdürür

Ukrayna hadisələrinə görə, dəyişən geosiyasi vıziyyət Almaniya iqtisadiyyatı ilə bağlı naratlıqlara yol açıb.

Publika.az-ın məlumatına görə, Alman Ticarət və Sənaye Palatası Assosiasiyasının baş iqtisadçısı Volker Treyer Rusiyaya ixracatda 20 faiz azalma gözləyir.

“Xüsusilə də Şərqi Almaniyada Rusiya və Ukrayna ilə biznes qurmağa çalışan bir neçə kiçik və orta sənaye (SME) şirkətləri var. Ona görə də onlar zərər çəkirlər. Lakin heç kəs təzminatdan danışmır. Bu siyasi qərar olsa da, yük bizneslərin üzərinə düşür”, Treyer əlavə edib.

Treyer bildirib ki, Almaniyanın məşhur mühəndislik və mexaniki avadanlıq sektoru böyük zərər çəkir. Onun sözlərinə görə, bu sektor üçün Rusiya dünyada dördüncü ən vacib bazar idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm