G20-dən nə gözlənir?
Bizi izləyin

Ekopublika.az

G20-dən nə gözlənir?

Dünyanın diqqəti Avstraliyanın Brisben şəhərinə yönəlib. Noyabrın 15-də bu şəhərdə “böyük iyirmiliyin” (G20) sammiti keçiriləcək. Dünya G20-dən nə gözləyir?

Analitiklərin fikrincə, sammit nə əsaslı irəliləyişlər, nə də köklü qərarlar vəd edir. Bununla belə, dünyanın aparıcı siyasi liderlərinin şəxsi görüşlərində ölkələr arasındakı mövcud fikir ayrılıqlarında irəliləyiş əldə olunacağına ümidlər bəslənilir. Sammitdə azad ticarət prinsipləri və vergidən yayınma hallarına qarşı mübarizə tədbirləri müzakirə olunacaq.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu gündəliyin genişləndirilməsini təklif edib: “Sammit yalnız “iyirmiliyin” maraqlarını təmsil etməli deyil, daha qlobal olmalıdır”.

Sammit işinə şənbə günü səhər liderlərin qeyri-formal görüşü ilə başlayacaq. Sonra dəvət olunmuş ölkələrin və beynəlxalq təşkilatların başçılarının iştirakı ilə rəsmi açılış mərasimi olacaq. Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də keçiriləcək.

Dünya ümumi məhsulunun 85 faizi, ticarətin 75 faizi, planet əhalisinin isə üçdə iki hissəsi sammitdə təmsil olunan 19 dövlətin və Avropa İttifaqının payına düşür. Aparıcı beynəlxalq forum olan G20 qlobal iqtisadi və maliyyə məsələləri üzrə ixtisaslaşıb. Ona 19 ölkə (Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası və Yaponiya) və Avropa İttifaqı daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm