Neft ixracına məhdudiyyət qoyularsa, Rusiya nə edəcək?
Bizi izləyin

Ekopublika.az

Neft ixracına məhdudiyyət qoyularsa, Rusiya nə edəcək?

Rusiya hökuməti neft ixracına məhdudiyyət qoyulacağı təqdirdə mümkün addımları nəzərdən keçirir.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev bildirib. Nazir etiraf edib ki, enerji daşıyıcılarının ucuzlaşması sadə adamlara və şirkətlərə ciddi təsir göstərə bilər. Bununla yanaşı o, qiymətlərin aşağı düşməsinin rubl məzənnəsilə tənzimləndiyi üçün mümkün məhdudiyyətlərin Rusiya büdcəsinə əhəmiyyətli təsir göstərməyəcəyini deyib.

"Mən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilicəyini düşünmürəm, hərçənd ki belə ehtimalı proqnozlarımızda nəzərə alırıq. Biz Rusiya nefti və qazının ixracına mümkün məhdudiyyətlər ssenarisini nəzərdən keçiririk”, - Aleksey Ulukayev BBC Rus Xidmətinə müsahibəsində deyib.

Hökumətin neftin ucuzlaşmasından narahat olduğunu deyən nazir bunun sərmayəçilərə təsi edəcəyini istisna etməyib.

“Bu, sərmayəçilərin planlarına təsir göstərir. İnvestisiya və istehlakçı tələbatı azala bilər. Bütün bunlar Ümumi Daxili Məhsulun dinamikasına mənfi təsir göstərir”, Ulukayev əlavə edib.

O, sərmayəçiləri dəstəkləmək üçün bir sıra hökumət proqramının hazırlandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm