
Bu gün Bakı Ekspo Mərkəzində İran İslam Respublikasında istehsal
olunan məhsulların sərgisi açılıb.
Publika.az xəbər verir ki, sərginin məqsədi ölkələrimiz arasında
ticarət əlaqələrini genişləndirmək və iş adamlarını tanış
etməkdir.
Dörd gün davam edəcək sərgidə İranın müxtəlif vilayətlərində
fəaliyyət göstərən 47 şirkətin istehsal etdiyi müxtəlif məhsullar
nümayiş etdiriləcək.
Sərgidə əsasən turizm, nəqliyyat, neft-kimya, avtomobil, tibb və
məişət əşyaları istehsal edən şirkətlər təmsil olunacaqlar.