50 milyard manatlıq ÜDM istehsal edilib
Bizi izləyin

Ekopublika.az

50 milyard manatlıq ÜDM istehsal edilib

İlin əvvəlindən ölkədə 49.2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz, yaxud müqayisəli qiymətlərlə 1.4 milyard manat artıb.

Publika.az xəbər verir ki, ÜDM-in 30.1 milyard manatı və ya 61.1 faizi məhsul istehsalı sahələrində, 15.6 milyard manatı, yaxud 31.7 faizi xidmət sahələrində yaradılıb. 3.5 milyard manatı (7.2 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 6.4 faiz artıb, neft sektorunda isə 1.8 faiz azalıb.

Əhalinin hər bir nəfərinə 5233.2 manat (6672.5 ABŞ dolları) əlavə dəyər istehsal olunub və 1.5 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm