Banklara bəd xəbər
Bizi izləyin

Ekopublika.az

Banklara bəd xəbər

Banklara bəd xəbər

Banklara bəd xəbər E.Rüstəmov: “Bank nəzarətinin inkişafı istiqamətində fəaliyyət davam edəcək” “Mərkəzi Bank bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək”.

Publika.Az-ın xəbərinə görə, bunu bankın sədri Elman Rüstəmov bildirib. O qeyd edib ki, MB bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacaq:

“Bununla da real sektorun maliyyələşdirilməsində bank sektorunun iştirakının daha da genişləndirilməsinə nail olunacaq”. Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi məsələsinə toxunan E.Rüstəmov deyib ki, ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq: ““Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcək.

Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcək. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm