QHT-lərə ayrılan vəsait artırılmalıdır
Bizi izləyin

Ekopublika.az

QHT-lərə ayrılan vəsait artırılmalıdır

“Artıq Azərbaycan QHT-lərinin xaricdən asılılığının azalmasının vaxtı gəlib çatıb. QHT-lərə 23,5 milyon manat xaricdən gəlir. Bu isə QHT-lərin 35-nin xaricdən maliyyələşməsi deməkdir”.

Bu barədə Azay Quliyev Milli Məclisdə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bu məsələdə müvafiq addımlar atılmalıdır. QHT Dövlət Dəstəyi Şurasının büdcəsi 10 milyon manata qədər artırılmalıdır. Bununla da fond QHT-lərə dəstək verə bilər.

Büdcədən söz açan A.Quliyev qeyd edib ki, bu il sosial sahəyə ayrılan vəsaitlərin həcmində artım var: “Müdafiə xərcləri də artırılıb. Müdafiə xərclərinə ayrılan 3,8 milyard manat vəsait Ermənistanın ümümi büdcəsinin 70%-nə bərabərdir. Bunlar hamısı çox müsbət haldır. Azərbaycan müharibə şəraitindədir. Cəbhədə olan son hadisələr də ordumuzun gücündən xəbər verir”.

Millət vəkili Evdə Fərdi Təhsil Məktəbi müəllimlərininin üzləşdiyi problemlərdən də danışıb. O bildirib ki, onlar xüsusi həssas təbəqə ilə işləyən insanlardır. Onların bu il əmək haqlarına 50 % ödənilməsi ilə bağlı problemlər yaranır: “Həmin ailələrə 20 manatlıq müavinət verilir. Hesab edirəm ki, maliyyə naziri bu məsələyə diqqət yetirməlidir. Xahiş edirəm ki, Samir Şərifov sayca çox olamayan bu təbəqədən olan müəllimlərə 50% vəsaitin ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar versin".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm