“Tütün məhsullarına aksiz vergisi və ƏDV artırılmalıdır”
Bizi izləyin

Ekopublika.az

“Tütün məhsullarına aksiz vergisi və ƏDV artırılmalıdır”

“Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün ölkədə yoxsul insan yoxdur”.

Publika.az xəbər veriri ki, bunu millət vəkili, sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir.

Deputat qeyd edib ki, sosial evlərin tikilməsi məsələsi son vaxtlar müzakirə olunur. Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyi qədər qaçqınlar üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkar da sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin.

Deputat digər bir təkliflə çıxış edərək tütün məhsullarına aksiz vergisi, eləcə də ƏDV-nin artırılmasını irəli sürüb. O bildirib ki, Azərbaycanda siqaretin qiyməti nəyə görə digər ölkələrlə müqayisədə ucuzdur: “Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm