“Şahdəniz 2” layihəsi üzrə daha iki müqavilə imzalanıb
Bizi izləyin

Ekopublika.az

“Şahdəniz 2” layihəsi üzrə daha iki müqavilə imzalanıb

Şahdəniz konsorsiumu “Şahdəniz 2” layihəsi üzrə daha iki müqavilənin imzalandığını elan edib.

Publika.az BP-Azərbaycan şirkətinin yaydığı məlumata istinadən bildirir ki, bu iki müqavilə ümumilikdə 226 milyon dollar dəyərindədir və “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə imzalanıb.

Bu müqavilələr üzrə işlərə “Şahdəniz-2” layihəsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi olan “Caspian Pipe Coatings” (CPC) zavodununun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri həmin müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir. Bu da Şahdəniz konsorsiumunun Azərbaycanın yerli resurslarından istifadəni opimallaşdırmaqla bağlı götürdüyü öhdəliyi bir daha nümayiş etdirir.

Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə işləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlaması gözlənilir.

“Mərhələ-2” üzrə ilk qazın əldə edilməsi qrafikinə əməl etmək üçün ilk öncə 16 düymlük kəmər borularının örtüklənərək borudüzmə işlərinə hazır olması 2015-ci ilin ikinci rübünə, sonra isə 32 düymlük kəmər borularının örtüklənməsi işlərinin başa çatdırılması 2015-ci ilin oktyabr ayına planlaşdırılır.

Azərbaycanda dayaq blokları və üst modulların tikinti-quraşdırma sahələrində, habelə terminalın genişləndirilməsi sahəsində aparılan işlər irəliləyir. Mən xüsusilə məmnunam ki, bütün tikinti sahələrində aparılan işlərdə əməyin təhlükəsizliyi üzrə davamlı öhdəlik əsas diqqət mərkəzindədir. Dayaq bloklarının inşa edildiyi Bakı Dərin Özüllər Zavodu artıq heç bir xəsarətə yol vermədən bir milyon adam-saat, ATA (AMEC-Tekfen-Azfen) tikinti quraşdırma sahəsi isə iki milyon adam-saat göstəricisinə nail olub. Bu, çox yaxşı bir nailiyyətdir və biz gözləyirik ki, işlərimiz sahələrin hamısında və bütün tikinti müddəti ərzində belə davam edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm