Vahid Əhmədov: ”Banklarla bağlı xüsusi bir iclas keçirilməlidir”
Bizi izləyin

Ekopublika.az

Vahid Əhmədov: ”Banklarla bağlı xüsusi bir iclas keçirilməlidir”

“Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır. Bu göstərir ki, bu sahədə kölgə iqtisadiyyatı var”.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib. O qeyd edib ki, bunun qarşısını almaq üçün yeni qanun layihəsi qəbul edilməldir. Reklamla bağlı qanun artıq müzakirə olunur. Yeni qanun layihəsində bir sıra məsələlər nəzərə alınıb.

Daha sonra 2015-ci ilin dövlət büdcəsindən danışan Vahid Əhmədov bildirib ki, 2015-ci il dövlət büdcəsindəki gəlir rəqəmləri 2014-cü il dövlət büdcəsindən 5,7 faiz çoxdur: “İnflyasiyanın 2 % həcmində olması büdcənin risksiz olduğuna əyani sübutdur. Büdcədə vaxtı ilə ödənilməyən verginin 6 milyard manatdan 2 milyardadək azaldılması, vergi yığım əmsalının əlavə 5% artırılması ölkədə makro-iqtisadi stabillik qorunub saxlayacaq”.

O, neftin qiyməti ilə bağlı müzakirələr aparıldığını və polemikalar yarandığını söyləyib: “Bəzi şəxslər bizə dərs keçmək istəyirlər. Çox təəssüf edirəm. Neftin qiyməti 80-90 dollar götürülməsi dövlət büdcəsinə o qədər də təsir etməyəcək. Çünki neftin qiymətinin büdcədəki təsiri 14%-dir. Bu isə təxminən 2 milyard dollar zərər deməkdir. 10 dollar neftin qiymətindəki fərq 250 milyon dollarlıq fərq deməkdir. Bu elə də böyük rəqəm deyil. Büdcənin 67 %-i neft gəlirindən formalaşır. Dövlət Neft Fondundan 10 milyard manatlıq transfer edirik. Düşünürəm ki, neftin qiymətinin aşağı düşməsi elə də ciddi təsir göstərməyəcək”.

V.Əhmədov büdcə xərclərinə nəzarətdən də söz açıb. Deyib ki, Azərbaycanda ən vacib məsələrdən biri Maliyyə Nazirliyi və Hesablama Palatasının qarşısında qoyulub. Bu da xərc sisteminə nəzarət mexanizmidir: “Amma təəssüf ki, bu sistemə nəzarət yoxdur. 6,9 milyard manatlıq əsaslı vəsasit qoyuluşuna kim qarantiya verə bilər ki məqsədli şəkildə istifadə ediləcək? Hesablama Palatasının hesabatları zamanı demişəm ki, artıq kiçik layihələrdən iri layihələrin yoxlanılmasına keçmək lazımdır. Azərbaycanda milyardlıq layihələr yoxlanılmır. Hesab edirəm ki, bu layihələrə nəzarət edilməlidir. Bəlkə, bunlar hansısa məmurların ixtiyarında olan məsələlərdir? Həmin pullar dövlətin vəsaitidir. Ona görə də yoxlamalar aparılmalıdır”.

O, bankların faiz siyasətinə də toxunub: “Bankların verdiyi kredit faizlərinin yüksək olması ilə bağlı dəfələrlə müzakirələr aparmışıq. Hökumətin hesabatında, dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələrə toxunduq. Dedik, yəqin, müəyyən addımlar atılar. Lakin əmanətlərin faiz dərəcələrini aşağı saldılar və bunun kredit faizlərinə təsiri olmadı. Əksinə, bankların 10 ay ərzində gəlirləri artdı. Əmanət fazilərini buna görə, aşağı salmışdılar? Azərbaycanın maliyyə bazarını çox ciddi təsir edir bu problem. Əhalinin mənzilləri əlindən alınır. Onlar çətin vəziyyətdədir. Bunun qarşısı alınmalıdır. Banklarla bağlı xüsusi bir iclas keçirilməlidir. Mən bu barədə Oqtay Əsədova da təklif etmişəm. Bankirlərə qulaq asmaq lazımdır ki, görək bunun axırı haraya gedəcək?

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm